#Sürgündə azadlıq

14-cü Dalay Lama 1935-ci ildə Tibetdə, ölkənin şimal-şərqindəki kiçik bir kənddə Tenzin Gyatso adı ilə dünyaya gəlib. O, üç yaşında olarkən Tibet rahibləri onu ziyarət etmiş və mərhum 13-cü Dalay Lamanın yenidən doğulmuş bədəni (reenkarnasiyası) olduğunu elan etmişdilər. Rahiblər bu qərara işarələr, yuxular və dini əlamətlər əsasında gəlmişdilər. Beş yaşında Tenzin Gyatso Tibet paytaxtı Lhasaya aparıldı və Tibet Buddizminin ali lideri kimi taxta çıxarıldı.