#Elena Fort

İspaniyanın nəhəng futbol klubu “Barselona” Camp Nou-nun təmirindəki gecikmələr səbəbindən Montjuic stadionuna köçməyə məcbur olub. Klubun vitse-prezidenti Elena Fortun açıqlamasına görə, hər oyun Montjuic stadionunda “Barselona”ya 300 min – 900 min avro arasında xərcə başa gəlir. Orta hesabla yarım milyon avro xərclənməsi, klubun onsuz da gərgin olan büdcəsinə əlavə təzyiq yaradır.