ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsindən sonra dünya bazarlarında neft qiymətləri kəskin şəkildə ucuzlaşıb, səhmlər isə artıb.
#Tehran
İranın suverenliyinə və bölgəmizin təhlükəsizliyinə yönəlmiş hücumları kim tərəfindən gəlirsə gəlsin əsla təsdiqləmirik və mövqeyimizi açıq şəkildə ortaya qoyuruq.
İranın nüvə obyektlərinə hücumdan əvvəl Tehran ABŞ prezidenti Donald Trampı ölkə daxilində “yatmış hüceyrə” terror şəbəkələrini aktivləşdirməklə hədələyib.
ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri beynəlxalq səviyyədə kəskin reaksiya doğurub.
İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri regionda nüvə çirklənməsi və sağlamlıq risklərinə dair narahatlıqları gücləndirib. İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda baş verən bu hücumların ciddi ekoloji və tibbi nəticələr doğura biləcəyi xəbərdarlığı edilir.
İran və İsrail arasında davam edən müharibə fonunda Tehran uzun illər güvəndiyi regional müttəfiqlərinə arxalanmaq istəsə də, onların əksəriyyəti ya zəifləyib, ya da siyasi və hərbi cəhətdən hərəkətsiz hala gəlib.
İran və İsrail arasında artan gərginlik səbəbindən Türkiyəyə məxsus 11 mülki təyyarə bölgədə qapalı vəziyyətdə qalıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan İsrailin Tehrandakı dövlət televiziyasına (IRIB) hücumu ilə bağlı ciddi xəbərdarlıq edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE), İranın Araak şəhəri yaxınlığında inşa edilən nüvə obyektinə İsrailin hava hücumu nəticəsində "əsas binalara ziyan dəydiyini" təsdiqləyib.
İsrailin müdafiə naziri Katz İranın paytaxtı Tehranın kütləvi şəkildə boşaldılmasını müdafiə edib.