Çelsi klubu bu mövsüm Yuventusda parlaq çıxışı ilə diqqət çəkən Türkiyə millisinin gənc hücumçusu Kənan Yıldızı transfer etmək üçün ciddi səylər göstərir. London təmsilçisinin transferi reallaşdırmaq məqsədilə 90 milyon avroluq təklif üzərində işlədiyi bildirilir. TEAMtalk-ın məlumatına görə, Çelsi bu keçid üçün ardıcıl şəkildə fəaliyyət göstərir – klub nümayəndələri Yuventusun oyunlarını izləyir, futbolçunun menecerləri ilə danışıqlar aparır və “çox həyəcanverici bir təklif” kimi qiymətləndirilən təklif hazırlayır.
#Kənan Yıldız
İngiltərənin Mançester Yunayted klubu Yuventusun türk ulduzu Kənan Yıldızı 2026-cı ilin yay transfer pəncərəsində əsas hədəf kimi müəyyən edib. Çelsi və Arsenal da Yıldızla maraqlanır, lakin Yuventus gənc istedadını komandada saxlamaqda israrlıdır.
Arsenal, Yuventusun yüksələn ulduzu Kənan Yıldızı heyətinə qatmaq üçün böyük addım atmağa hazırlaşır. İtaliya mətbuatının yazdığına görə, Arsenalın baş məşqçisi Mikel Arteta və transfer komitəsi Yıldızı komandaya qatmaqda israrlıdır. Lakin Yuventus futbolçunu 80-100 milyon avro civarında dəyərləndirir və gənc oyunçunu itirmək istəmir. Klub artıq onu 2030-cu ilə qədər uzunmüddətli müqavilə ilə saxlamaq üçün danışıqlara başlayıb.
Arsenal, İtaliya A Seriyasının yüksələn ulduzlarından Kənan Yıldızın transferi üçün hərəkətə keçib. İngiltərə klubu türk əsilli futbolçu ilə bağlı ilkin təmasları qurub, lakin Yuventus oyunçusunu satmaq fikrində deyil. İtaliya mətbuatının məlumatına görə, Arsenal rəhbərliyi 20 yaşlı hücumçunun menecerləri ilə əlaqə yaradıb.