Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turniri başlayıb. 66 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov finala yüksəlmək üçün Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan idmançılarını ipponla məğlub edib.
#Azərbaycan Cüdo Federasiyası
Dekabrın 28-də 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb. Mübarizənin son günündə komanda yarışları keçirilib. Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.
Antiterror tədbirləri zamanı şəhid olan polis və daxili qoşunların əməkdaşlarının əziz xatirəsinə həsr olunan idmanın cüdo növü üzrə Daxili İşlər Nazirliyinin (DİN) açıq çempionatı keçirilib.
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına davam edir. Final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişov italiyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəki dərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medal qazanıb. Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66 kiloqram) final qarşılaşmasında çıxış edəcək.
Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib. Azərbaycan Cüdo Federasiyasında milli komandanın üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. 48 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu bürünc medal qazanıb.
İyunun 12-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.