Macarıstan Dunay çayında su səviyyəsinin rekord dərəcədə azalması fonunda Paks Atom Elektrik Stansiyasının fəaliyyətini qorumaq üçün iki barjanı çaya batırır. Stansiya ölkənin elektrik enerjisinin üçdə birindən çoxunu təmin edir. İlk tədbirlərdən sonra stansiyanın yaxınlığında su səviyyəsinin 1 santimetr yüksəldiyi açıqlanıb.
#atom elektrik stansiyası
Rusiyanın dövlət nüvə enerjisi şirkəti olan “Rosatom”un baş direktoru Aleksey Lixaçov bildirib ki, Avropanın ən böyük atom elektrik stansiyası hesab olunan Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətinin bərpası yaxın perspektivdə mümkün ola bilər.
Əbu-Dabinin Əl-Dafra bölgəsində yerləşən atom enerji obyektinin yaxınlığında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində baş verən yanğın hadisəsi təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
26 aprel 1986-cı ildə tarixə ən ağır texnogen fəlakətlərdən biri kimi düşən Çernobıl nüvə qəzası baş verib. Keçmiş Sovet İttifaqı ərazisində yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü reaktorunda baş verən partlayış nəticəsində böyük miqdarda radioaktiv maddə atmosferə yayılıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üzrə bütün mərhələlərdə dəstək göstərəcəyini təsdiqləyib. Görüşdə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın tikintisi, nüvə infrastrukturu, eləcə də nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə tətbiqi məsələlərini müzakirə ediblər.