#Milli Məclis

Azərbaycanla Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək. Bu məsələ Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib. Belə ki, plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.

"Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Qanun Azərbaycanın konstitusiya quruluşu, suverenliyi, habelə ictimai qayda və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyəti, hüquq və vəzifələri, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.

Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilir. Qonaqlar "Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi", "Azərbaycan ədəbi dilinin vahid norması", "Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə" və s. mövzularda çıxış edəcəklər.