Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul edilir

    9 Dekabr 2025 12:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul edilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Qanun Azərbaycanın konstitusiya quruluşu, suverenliyi, habelə ictimai qayda və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyəti, hüquq və vəzifələri, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.

    AzerVoice-un məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edəcək:

    • daxili qoşunlar – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla, bu qanunda nəzərdə tutulan fəaliyyət istiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxil olan silahlı birləşmə;
    • döyüş texnikası – silah kompleksi və onun daşıyıcısından ibarət olan hərbi texnika;
    • fəal mühafizə vasitələri – hücum, müqavimət, tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilən psixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər, əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları, xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər və atlar);
    • fərdi qoruyucu mühafizə vasitələri – şəxsi heyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilən qəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular, güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar);
    • fiziki qüvvə – insan əzələlərinin gərilməsi nəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərmək qabiliyyəti;
    • xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə və müddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçirilən tədbirlər kompleksi;
    • xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr – qrup halında basqı, müqavimət, tabe olmama hallarının qarşısının alınması, keçilməz sədlərin dağıdılması, kütlə, avtonəqliyyat vasitələrinin məcburi dayandırılması və ya onların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadə olunan xüsusi texnika;
    • xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların və qumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu və vasitələr;
    • xüsusi texnika – daxili qoşunların xidməti vəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunan texniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlı maşınlar və avadanlıqlar;
    • xüsusi vasitələr – fərdi qoruyucu mühafizə, fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr;
    • obyektlərin mühafizəsi – obyektlərin təhlükəsizliyinin təşkili, orada olan şəxslərin həyat və sağlamlığının qorunmasına yönəlmiş tədbirlər.

    Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edəcək.

    Daxili qoşunlar haqqında qanunvericilik Konstitusiya, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun, bu qanun və daxili qoşunların fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlardan ibarət olacaq.

    Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi ilə bağlı daxili qoşunların fəaliyyəti "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Hərbi vəziyyət haqqında" qanunlarla tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin intizam məsuliyyəti müvafiq olaraq Silahlı Qüvvələrin hərbi nizamnamələri və Əmək Məcəlləsi ilə tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin inzibati və cinayət məsuliyyəti müvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" Qanunla tənzimlənəcək.

    Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin xidməti vəzifələrinin icrası zamanı son zərurət və zəruri müdafiə vəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquq pozuntularına görə mülki məsuliyyəti Mülki Məcəllə ilə tənzimlənəcək.

    Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

    #Azərbaycan #Milli Məclis #Azərbaycan Silahlı Qüvvələri #qanun #İnzibati Xətalar Məcəlləsi #Azərbaycan Respublikası Cinayət Məcəlləsi #daxili qoşunlar #Mülki Məcəllə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

    17 Avqust 2026 15:54

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Azərbaycanın Ermənistana mal ixracının dəyəri açıqlanıb

    17 Avqust 2026 10:48

    Azərbaycan təbii qaz ixracını artırıb

    17 Avqust 2026 10:35

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib

    15 Avqust 2026 11:15

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

    13 Avqust 2026 16:23

    Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

    13 Avqust 2026 16:05

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19

    Azərbaycan nefti ucuzlaşıb

    13 Avqust 2026 09:53
    XƏBƏR LENTİ

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi başladı

    Tarixdə bu gün –18 Avqust

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    Oman sahildə qalan gəmidən yayılan neftin qarşısını almaq üçün tədbirləri gücləndirib

    İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.