Amerikalı boksçu Terens Krouford 76,2 kiloqramadək çəki dərəcəsində boks üzrə dünya çempionu titulunu qazanıb. ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən 12 raundlu döyüşdə o, meksikalı Saul Alvarezi hakimlərin yekdil qərarı ilə məğlub edib. Görüşü 70 min 482 tamaşaçı izləyib ki, bu da "Allegiant" stadionunda yeni rekord göstərici olub. Bütün hakimlər qələbəni 115:113, 115:113 və 116:112 hesabı ilə Krouforda veriblər.