Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin İordan çayının qərb sahilində yerləşən Fələstin kəndlərinə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, son hücumlar zamanı Tulkərm şəhərindəki məscidlərdən birinin yandırılması təxribat xarakterli addım, müsəlmanlara qarşı təhrik və ekstremizm aktıdır.
#BƏƏ Xarici İşlər Nazirliyi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əlcəzairin paytaxtı Əlcəzair şəhərinin şərqində yerləşən uşaq evində baş vermiş yanğın nəticəsində həlak olanlar və xəsarət alanlarla bağlı həmrəylik nümayiş etdirərək rəsmi başsağlığı verib. Bəyanatda faciə nəticəsində həyatını itirənlərin yaxınlarına səbir dilənib, xəsarət alanların isə tezliklə sağalması arzulanıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İraqın Bəsrə şəhərində yerləşən Küveyt Baş Konsulluğuna qarşı davam edən hücumları qətiyyətlə pisləyib və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Nazirlik diplomatik nümayəndəliklərə, missiyalara və onların əməkdaşlarına beynəlxalq hüquq və normalara uyğun şəkildə qorunma təmin edilməsinin vacibliyini qeyd edib.
Birləşmiş Ərəb Əmirlikləri regiondakı gərginlik fonunda vətəndaşlarının bəzi ölkələrə səfərinə məhdudiyyət tətbiq edib. [lkənin Xarici İşlər Nazirliyi BƏƏ vətəndaşlarının İran İslam Respublikası, Livan Respublikası və İraq Respublikasına səfərinə qadağa qoyulduğunu açıqlayıb.
Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin mərkəzindəki məktəbdə baş verən və çoxsaylı ölüm və yaralanma ilə nəticələnən atışma hadisəsini qətiyyətlə pisləyib. Xarici İşlər Nazirliyi (XİN) verdiyi bəyanatda BƏƏ-nin bu cür cinayətkar əməlləri qətiyyətlə pislədiyini və təhlükəsizliyi və sabitliyi pozmağa yönəlmiş bütün zorakılıq və ekstremizm formalarını qəti şəkildə rədd etdiyini bir daha vurğulayıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə və missiya rəhbərinin iqamətgahına yönəlmiş iğtişaşları, vandalizm cəhdlərini və hücumları qətiyyətlə pisləyib. BƏƏ bu cür qəbulolunmaz hərəkətləri, o cümlədən milli rəmzlərinə qarşı yönəlmiş təhqirləri qəti şəkildə rədd etdiyini bəyan edib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı hədələyici bəyanatlarını kəskin şəkildə pisləyib. Bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin direktoru Əfra əl-Hamli “X” sosial şəbəkəsində açıqlama yayıb. “Qardaş Qətər dövlətinin təhlükəsizliyi və sabitliyi, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin təhlükəsizliyi və sabitliyinin ayrılmaz hissəsidir. Hər hansı Körfəz ölkəsinə hücum, birgə körfəz təhlükəsizlik sisteminə hücum deməkdir”, - bəyanatda vurğulanıb