#Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daşınmaz əmlak sektoru 2026-cı ilin birinci yarısında güclü inkişaf dinamikasını qoruyub saxlayıb. Əbu-Dabidə əməliyyatların ümumi dəyərində 112 faizlik artım qeydə alındığı halda, Dubayda ümumi dəyəri 111 milyard BƏƏ dirhəmini (30.2 milyard dollar) ötən 104 layihə tamamlanıb. Şarja, Əcman və Ras əl-Xeymə əmirliklərində də altı ay ərzində yüksək bazar aktivliyi müşahidə olunub. Xarici investisiyalar və investor bazasının genişlənməsi ölkə üzrə əmlak bazarına olan tələbatı gücləndirib. Yerli və beynəlxalq tələbat, müxtəlif əmlak məhsulları və yeni layihələr sayəsində sektor 2026-cı ilin ikinci yarısına möhkəm zəmində daxil olub.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilmiş iki həftəlik müvəqqəti atəşkəs qərarını yaxından izlədiyini bəyan edib. Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşması ilə bağlı rəsmi mövqeyini açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir ki, rəsmi Əbu-Dabi İranın bölgədəki hərbi əməliyyatları dayandırması və Hörmüz boğazının qeyd-şərtsiz yenidən açılması öhdəliklərini təmin etmək üçün sazişin bəzi müddəalarına aydınlıq gətirilməsini tələb edir.

Azərbaycanla Ərəb dünyasının ən dinamik inkişaf edən ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə, xüsusən də Vətən müharibəsindən sonra keyfiyyətcə yeni müstəviyə yüksəlib. Ümumiyyətlə, Azərbaycan ərəb ölkələri ilə münasibətlərinə hər zaman xüsusi önəm verib ki, bu da ölkəmizin müstəqil Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Məhz bu siyasət sayəsində ərəb ölkələri ilə, xüsusən də BƏƏ ilə münasibətlər dünya praktikasında olan klassik çərçivəni çoxdan aşaraq strateji tərəfdaşlıq səviyyəsinə çatıb.