Türkiyədə 2024-2025-ci tədris ili bu gün rəsmi olaraq başladı. Ölkə üzrə təxminən 18 milyon şagird və 1,2 milyon müəllim 74 min 538 məktəb və 761 min 416 sinif otağında dərslərə başladı. Türkiyə Təhsil Nazirliyinin verdiyi məlumata görə, bu il mərhələli şəkildə tətbiqinə başlanılan “Türkiyə Əsri Maarif Modeli” məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində – 1-2-ci, 5-6-cı, hazırlıq və 9-10-cu siniflərdə tətbiq olunacaq. Yeni tədris ilinin ilk həftəsində şagirdlərə maarifləndirmə təlimləri keçiriləcək. İlk dərs "Orman Yanğınlarına Qarşı Yaşıl Vətəni Qorumaq" mövzusuna həsr olunub. Məktəblərdə təbiət sevgisini artırmaq və ekoloji şüuru gücləndirmək məqsədilə bütün ibtidai sinif şagirdlərinə fidanlar paylanacaq.