#Tayland siyasəti 2025

Tayland, Kamboca ilə imzaladığı anlaşmanı müddətsiz olaraq dayandırdığını açıqladıqdan sonra Kamboca sərhədində bir kəndi hədəf alıb. Kamboca Müdafiə Nazirliyi bildirib ki, hücum nəticəsində 5 nəfər yaralanıb. Nazirlik hücumu “ən sərt şəkildə” pisləyərək, bu hərəkətləri anlaşmanın ciddi pozulması kimi qiymətləndirib və Taylandı “bölgədə sülh və sabitliyi təhdid edən fəaliyyətlərini dərhal dayandırmağa” çağırıb.

BAKI, AzerVoice, Səməd Əyyubov Taylandda yeni baş nazir təyin olunub. AzerVoice-un məlumatına görə, kral Maha Vaçiralonkorn parlamentdə keçirilən səsvermədə qalib gələn mühafizəkar “Bumyajtay” partiyasının sədri Anutin Çanvirakulu bu vəzifəyə təsdiqləyib. Beləliklə, 2023-cü ildən bəri Taylandda artıq üçüncü dəfə baş nazir dəyişib.