#Leninqrad aclıq faciəsi

İkinci Dünya müharibəsi zamanı Almaniya ordusu Sovet İttifaqının ikinci böyük şəhəri və əsas sənaye mərkəzi olan Leninqradı (indiki Sankt-Peterburq) mühasirəyə aldı. Tarixə “900 günlük mühasirə” kimi düşən bu faciə əslində 872 gün davam etdi və nəticədə təxminən 1 milyon insan – şəhər sakinləri və Qırmızı Ordu əsgərləri – həyatını itirdi. 1941-ci ilin iyununda Almaniyanın SSRİ-yə hücumu ilə Leninqrad əsas hədəflərdən birinə çevrildi. Əhalinin bir hissəsi və sənaye müəssisələrinin üçdə biri şərqə köçürülsə də, şəhərdə 2 milyondan çox insan qaldı. Qadın, kişi və uşaqlar səfərbər edilərək tank əleyhinə istehkamların tikintisinə cəlb olundu.