Bir neçə gündür axtarılan kanadalı hərbçi Latviyada ölü halda tapılıb. Bununla bağlı məlumatı Kanada Silahlı Qüvvələri yayıb. Bildirilib ki, sentyabrın 2-dən bəri itkin düşmüş hərbçi Corc Holl sentyabrın 5-də ölü vəziyyətdə aşkarlanıb. Ordunun açıqlamasına görə, Hollun ölüm səbəbi və cəsədin hansı şəraitdə tapıldığı barədə hələlik məlumat verilmir. Kanada ordusu Latviya hakimiyyəti ilə birgə araşdırma aparır. Kanadanın baş naziri Mark Karni hadisədən kədərləndiyini bildirib, mərhumun ailəsinə, dostlarına və silahdaşlarına başsağlığı verib.