#Əli Şadmani

İran, iki aydan artıq davam edən gizlilikdən sonra yeni əməliyyatlar komandanının adını rəsmi şəkildə elan edib. AzerVoice xəbər verir ki, məlumata görə, general Əli Abdullahiy əməliyyatların yeni rəhbəri təyin olunub. İranın ali rəhbəri Əli Xamenei imzaladığı fərmanla onu Baş Qərargah rəisinin müavini və birgə əməliyyatlar komandanı vəzifəsinə gətirib.