ABŞ kəşfiyyat icmasının 2026-cı il üzrə illik təhdid qiymətləndirməsinə əsasən, Çin Tayvan üzərində nəzarəti ələ keçirmək niyyətini qorusa da, 2027-ci ildə hərbi müdaxilə planlaşdırmır və bu istiqamətdə konkret zaman qrafiki müəyyən etməyib.
#Çin Xalq Azadlıq Ordusu
Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində “rutin patrul” həyata keçirib və Filippini hər hansı təxribatdan çəkinməyə çağırıb. Bu barədə ordunun Cənub Əməliyyat Komandanlığının sözçüsü bildirib. O vurğulayıb ki, Filippin dərhal insidentlər törətməyi və bölgədə gərginliyi artırmağı dayandırmalıdır. O əlavə edib ki, Çin qüvvələri bu ərazidə ölkənin suverenliyini qorumaqda davam edəcək.
Çin ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Tayvan boğazında həyata keçirdiyi təxribat xarakterli hərəkətləri qeydə alıb. Bu barədə Çin Xalq Azadlıq Ordusunun (XAO) Şərq Döyüş Komandanlığının sözçüsü, polkovnik Şi İ məlumat verib. Onun sözlərinə görə, cümə günü Tayvan boğazından ABŞ-a məxsus “USS Higgins” esminesi və Böyük Britaniyanın “HMS Richmond” freqatı keçib. Şi İ bu fəaliyyəti “narahatlıq doğuran təxribatçı addım” kimi dəyərləndirib. Polkovnik əlavə edib ki, Şərq Döyüş Komandanlığı həmin gəmilərin hərəkətini izləmək üçün donanma və hava qüvvələrini cəlb edib və XAO “situasiyaya effektiv reaksiya verib”.
Çin Xalq Azadlıq Ordusu illərdir quru qoşunlarının əsas dayağı olan ağır tank filolarından tədricən uzaqlaşaraq, müasir döyüş meydanlarının tələblərinə uyğun yüngül, çevik və yüksək sürətli əməliyyatlarına uyğun zirehli vasitələrə yönəlməyə başlayıb. 3 sentyabrda keçirilən hərbi parad bu dəyişimin ən aydın göstəricisi oldu. Ənənəvi ağır zirehli bölmələrin yerini orta çəkili tanklar və eyni platforma üzərində qurulmuş çoxməqsədli zirehli texnikalar aldı.