#ŞƏT 2025

31 avqust 2025-ci ildə Çinin Tyançzin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti start götürdü. Bu toplantını artıq “Asiyanın Yalta müqaviləsi” adlandırırlar. Bu, şişirtmə deyil. Soyuq müharibədən sonra ilk dəfədir ki, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin bu qədər çox lideri Qərb meydançasında yox, məhz Pekin və Moskvanın institusional rəhbərliyi altında toplaşır. Bu, bəzilərinin “postamerika dünyasının yenidən bölgüsü” adlandırdığı qlobal prosesin ən mühüm mərhələlərindən biridir.

Dünyanın qeyri-müəyyənlik, Qərb iqtisadiyyatlarında durğunluq, qütbləşmiş diplomatiya və davam edən münaqişələr fonunda yaşadığı bir dövrdə Çinin Tyançzin şəhəri qlobal miqyaslı hadisələrin episentrinə çevrildi. Burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammiti keçirilir. Tədbir təşkilatın tarixində ən genişmiqyaslı görüşdür. Gündəlikdə təkcə təhlükəsizlik, ticarət və inteqrasiya məsələləri deyil, daha dərin və fundamental bir proses - yeni qlobal nizamın arxitekturasının formalaşması dayanır.

Çin Dövlət Başçısı Si Cinpin, Şanxay Əməkdaşlıq Təşkilatının çoxtərəflilik prinsipi ilə və beynəlxalq bərabərlik və ədalətin tərəfində duraraq, hegemonçuluğa və güc siyasətinə qarşı təsirli bir gücə çevrildiyini söylədi. Si Cinpin, Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tiencin şəhərində keçirilən 25-ci Dövlət Başçıları Şurasının Toplantısının açılışında çıxış edib. Təşkilatın yaradıldığı gündən bəri çoxtərəflilik prinsipi ilə hərəkət etdiyini, geniş məsləhətləşməyə və faydaların paylaşılmasına əsaslanan bir qlobal idarəetmə anlayışı ortaya qoyduğunu bildirən Si "ŞƏT, beynəlxalq bərabərlik və ədalətin tərəfində dayanaraq, sivilizasiyaların əhatəliliyini və bir-birindən öyrənməsini müdafiə edərək, hegemonçuluğa və güc siyasətinə qarşı təsirli bir gücə çevrildi." - deyə qeyd edib.