Fənərbaxça UEFA Avropa Liqasının dördüncü turunda səfərdə Çexiya təmsilçisi Viktoriya Plzenlə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq və qarşılaşmanı hollandiyalı hakim Allard Lindhout idarə edəcək. Ona yan xət hakimləri Rogier Honig və Johan Balder kömək edəcəklər. Matçın dördüncü hakimi isə Jannick Van Der Laan olacaq.