Hücumameylli yarımmüdafiəçi Fermin Lopez “Barselona” ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb. Bu barədə klubun mətbuat xidməti X sosial media platformasındakı rəsmi səhifəsində məlumat yayıb.
#Fermin Lopez
"Barselona" Fermin Lopeslə yeni müqavilə imzalamaq istəyir. Bir sıra klubların yarımmüdafiəçiyə maraq göstərməsi səbəbindən kataloniyalılar hərəkətə keçib və onun nümayəndələri ilə görüş təşkil edib.
Barselona, öz yetirməsi olan 22 yaşlı Fermin Lopezi Çelsidən gələn cazibədar təklifə baxmayaraq komandada saxlaya bilib. Futbolçu isə az oyun vaxtı almasına görə narahat olduğunu baş məşqçi Hansi Fliklə bölüşüb. Flik Lopezin bacarığını qəbul etsə də, ulduzlarla dolu heyətdə ona müntəzəm oynamağa zəmanət verə bilməyib.
Çelsi Barselonanın gənc yarımmüdafiəçisi Fermin Lopezin transferində, 22 yaşlı futbolçu üçün 50 milyon avroluq təklif irəli sürüb, lakin Barselona oyunçunun dəyərini ən azı 70 milyon avro olaraq müəyyənləşdirib. Çelsi rəhbərliyi oyunçuya 48 saat vaxt verib. Bu müddətdə futbolçu qərarını verməsə, London klubu digər hədəflərə yönələcək.