#Qazaxıstan XİN

İran İslam Respublikasının xarici işlər naziri Qazaxıstanın Respublika Günü münasibətilə təbriklərini çatdırıb. Abbas Əraqçi Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevə göndərdiyi məktubda dost və qardaş Qazaxıstan hökuməti və xalqını bu milli bayram münasibətilə səmimi qəlbdən təbrik edib. O, iki ölkə arasında dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın bütün sahələrdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Yermek Koşerbayev diplomatik sahədə geniş təcrübəyə malikdir. O, Qazaxıstan Xarici İşlər Nazirliyinin strukturunda müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildə ölkənin Rusiyadakı səfiri olub. 2023-cü ildə isə Qazaxıstanın Şərqi-Qazaxıstan vilayətinin hakimi təyin edilib.