#Estadi Olimpic Lluis Companys

2023-cü ilin iyununda başlanan genişmiqyaslı yenidənqurma işləri səbəbindən katalon klubunun ev oyunları Estadi Olimpic Lluís Companys stadionunda keçirilirdi. İndi isə Kamp Nounun qismən istifadəyə verilməsi ilə bağlı sertifikatın alınması Barselona üçün mühüm dönüş nöqtəsi hesab olunur.

Kamp Nouya dönüş klub üçün təkcə idman baxımından deyil, həm də iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır. Yenilənmiş arenanın 62 min nəfərlik tutumu Montjuic-in 50 minlik tribunalarından xeyli böyükdür. Bu fərq Barselonanın gəlirlərinə birbaşa təsir edir. Klub həm maliyyə sabitliyini qorumağa, həm də UEFA qaydalarını pozmamaq üçün alternativ variantlardan yararlanmağa çalışır.