#Alanyaspor

Süper Liqanın 7-ci həftəsinin açılış oyununda Galatasaray səfərdə Alanyaspor-u 1:0 hesabı ilə məğlub etdi. Sarı-qırmızılılar bu nəticə ilə klub tarixində ilk dəfə olaraq mövsümə 7 qələbə ilə start vermiş oldu. Alanya Oba Stadionunda baş tutan qarşılaşmada yeganə qolu 23-cü dəqiqədə Mauro İcardi vurdu. Arjantinli hücumçu, Singo-nun ötürməsini qola çevirərək ardıcıl 4-cü liqa oyununda da fərqləndi.İlk hissədə başqa qol olmayıb və Galatasaray fasiləyə 1:0 üstünlük ilə yollanıb.

Türkiyə Super Liqasının yeni mövsümündə ilk turda Alanyasporla qarşılaşması təxirə salınan Fenerbahçe, liqadakı ilk oyununu İzmir səfərində keçirəcək. Sarı-lacivərdlilər Göztepe ilə Gürsel Aksel Stadionunda üz-üzə gələcək.Görüş bu gün saat 21:30-da start götürəcək. Oyun Yasin Kolun idarəçiliyi ilə baş tutacaq. Ona yan xətt hakimləri olaraq Ceyhun Sesigüzel və Mehmet Kısal kömək edəcək.Fenerbahçe ötən mövsüm Super Liqanı ikinci sırada tamamlayaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində oynamaq hüququ qazanmışdı. Klub ilk rəsmi oyununu Hollanda təmsilçisi Feyenoorda qarşı keçirmişdi.