Yeddi Qremmi mükafatı laureatı olan Madonna sosial şəbəkə paylaşımında Papadan qarşıdurmaların ortasında qalan günahsız uşaqları xilas etmək üçün humanitar yardım qapılarının tam açılmasına kömək göstərməsini istəyib. “Çox gec olmadan işığınızı uşaqlara çatdırın. Mən bir ana olaraq onların əzabına dözə bilmirəm. Dünya uşaqları hamımızındır. Qəzzaya girə biləcək yeganə şəxs sizsiniz” – deyə o bildirib. Madonna, siyasətin dəyişiklik yaratmadığını, yalnız məlumatlılıq gətirdiyini vurğulayıb və heç bir tərəfi günahlandırmadığını, məqsədinin yalnız uşaqların həyatını xilas etmək olduğunu qeyd edib.