#Şkendiya

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Qarabağ” FK öz meydanında Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyunu hollandiyalı FIFA referisi Danni Makkeli idarə edəcək. Ağdam təmsilçisi cavab oyununa üstün mövqedən çıxır. İlk oyunda səfərdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Komandanın yeganə qolunu penalti zərbəsindən Toral Bayramov vurmuşdu. Bu nəticə “Qarabağ”a mərhələ adlamaq üçün bu gün heç-heçəyə belə kifayət qədər imkan verir.