#Mançester Yunayted transfer xəbərləri

Çelsi klubu bu mövsüm Yuventusda parlaq çıxışı ilə diqqət çəkən Türkiyə millisinin gənc hücumçusu Kənan Yıldızı transfer etmək üçün ciddi səylər göstərir. London təmsilçisinin transferi reallaşdırmaq məqsədilə 90 milyon avroluq təklif üzərində işlədiyi bildirilir. TEAMtalk-ın məlumatına görə, Çelsi bu keçid üçün ardıcıl şəkildə fəaliyyət göstərir – klub nümayəndələri Yuventusun oyunlarını izləyir, futbolçunun menecerləri ilə danışıqlar aparır və “çox həyəcanverici bir təklif” kimi qiymətləndirilən təklif hazırlayır.

Paris Saint-Germain və İtaliyanın Yuventus klubu fransalı hücumçu Randal Kolo Muaninin transferi ilə bağlı prinsipial razılıq əldə ediblər. Fransalı jurnalist Mark Meşenua yazır ki, transferin maliyyə detalları da razılaşdırılıb. Razılaşmaya əsasən, “Yuventus” bu keçid üçün 5 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədə əlavə olaraq 50 milyon avroluq satınalma opsiyası və 5 milyon avroya qədər performansa bağlı bonuslar da yer alır.

Çelsi ilə RB Leypsiq arasında Xavi Simonsun transferi ilə bağlı aparılan danışıqlar, Christopher Nkunkunun mübadilə ehtimalı ilə yeni bir mərhələ qazanıb. İddialara görə, Leipzig, Mançester Yunaytedda keçən Benjamin Seskonun yerini sabiq hücumçusu Nkunku ilə doldurmaq istəyir. Çelsi, hollandiyalı hücum oyunçusu Xavi Simons üçün Leypsiq ilə danışıqları davam etdirir. Müzakirələr çərçivəsində Nkunku-nun da transferin bir hissəsi kimi keçmiş klubuna qayıda biləcəyi ehtimalı gündəmə gəlib.

İngiltərə Premyer Liqa klublarından “Mançester Yunayted” Braziliyanın “İnternasional” klubunun gənc hücumçusu Rikardo Matiasla maraqlanır. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçunu izləmək üçün Marakana stadionuna skaut heyəti göndərib.