"Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionları üçün sülh dolu gələcəyin qurulmasında müdriklik və uzaqgörənlik nümayiş etdirən bu tarixi razılaşma münasibətilə təbrik edirik. Pakistan həmişə qardaş Azərbaycan xalqını dəstəkləyib və tarixinin bu şanlı anında da onun yanındadır.
#Azərbaycan Ermənistan sülh razılaşması
"Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub", - deyə o Paşinyan qeyd edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi əhəmiyyətli nailiyyət kimi qiymətləndirir. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay "Telegram" kanalında yazıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Azərbaycan və Ermənistan arasında razılaşmaların əldə olunmasına öz töhfəsini verdiyini hesab edir. Azervoice xəbər verir ki, bu barədə Prezident Tokayevin mətbuat katibi Ruslan Jeldıbay bildirib.
8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefondanışığı aparılıb. Azervoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. Azervoice-in məlumatına görə, bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatda bildirilib. Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir.
Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.
Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün işçi qrupu yaradılmışdır. Bu sənədin böyük əhəmiyyəti var. Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.
Prezident Trampla görüşümüz çox səmimi şəkildə, dostluq şəraitində keçdi. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibəsində deyib.
Ermənistan və Azərbaycan ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə mətbuata birgə bəyanatında deyib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə mətbuata birgə bəyanatında deyib.
Həqiqətən də “Tramp Rifah və Sülh Marşrutu” əlaqələr baxımından bu divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.