907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında bildirib. Dövlətimizin başçısı bununla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib.
#Azərbaycan Ermənistan sülh razılaşması
Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.
“Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə mətbuata bəyanatla çıxış edib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər. Prezident Donald Trampın bəyanatı -Təşəkkür edirəm, böyük şərəfdir, minnətdaram. Otuz beş il idi ki, müharibə idi, indi isə onlar dostdurlar və onlar uzunmüddətli perspektivdə dost qalacaqlar. Böyük şərəflə sizi burada - Ağ Evdə salamlayıram. Azərbaycan və Ermənistan arasında tarixi xarakter daşıyan sülh sammitinə xoş gəlmisiniz. Əlbəttə ki, bu sözləri böyük məmnuniyyət hissi ilə söyləyirəm. Bu insanlar - iki böyük lider - Baş nazir Paşinyan və Prezident Əliyev burada bərabər iştirak edirlər. Hər ikisinə təşəkkürümü bildirirəm ki, onlar bu Bəyannaməni - həqiqətən də çox önəmli bir sənədi burada - Vaşinqtonda imzalayacaqlar. Onlar hər zaman fikirləşirdilər ki, bu, mümkün deyil, amma bu gün mümkündür. Eyni zamanda, Dövlət katibi Marko Rubioya minnətdarlığımı bildirirəm. Həmçinin xüsusi nümayəndə Stiv Uitkoffa və Dövlət Departamentinin bütün digər komanda üzvlərinə minnətdaram. Çox sağ olun. Eyni zamanda, sizin ölkələrinizin nümayəndə heyətləri də bu gün burada iştirak edirlər. Ciddi şəkildə diplomatik səylər nümayiş etdirərək böyük nailiyyətlərə imza atmışıq.
Ermənistan və Azərbaycan 30 ildən çox müharibə içində idi. Bu müharibə hər iki dövlətə böyük ziyanlar vurmuşdur. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib.
Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evdə mətbuata bəyanatla çıxış edir.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə çox güvəndiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə “Truth Social” platformasındakı səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı ilə bağlı paylaşım edib.
ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdə danışıb.