#Prezident İlham Əliyev

Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşları Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Trend Beynəlxalq İnformasiya Agentliyinin 9 əməkdaşı, Day.az xəbər portalının 4, Milli.az xəbər portalının 1 və Azernews qəzetinin 2 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalları ilə təltif ediliblər.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Bildirilib ki, Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə Ermənistana tranzit yüklərin açılması və ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib. Paşinyan regional iqtisadi inteqrasiyanı gücləndirmək üçün Ali Avrasiya İqtisadi Şurasının üzv dövlətləri və müşahidəçilərlə konstruktiv dialoqun vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.