#Prezident İlham Əliyev

Dövlətimizin başçısı bununla bağlı bildirib: “Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərə gəldikdə, bunların arasında çox böyük fərq var. Avropa Komissiyası ilə münasibətlərimiz müxtəlif olub. Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə bizim aramızdakı münasibətlər, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma getmişdir”.

“Azadlığa Dəstək Aktı ABŞ Konqresi qəbul olunanda Sovet İttifaqının süqutundan sonra yeni müstəqil ölkələrə maliyyə yardımının göstərilməsi ilə bağlıdır. 907-ci düzəliş isə ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi. Bu səbəbdən biz Bayden administrasiyası vaxtında bu qədər çətinliklərlə üzləşdik”,- deyə dövlətimizin başçısı qeyd edib.

Dövlətimizin başçısı bununla bağlı deyib: “Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından ibarətdir ki, dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Prezident İlham Əliyevin rəsmi sosial media hesablarında Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən yeni videoçarx yayımlanıb. Dövlət başçısı çıxışında Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəyə toxunub. Prezident bildirib ki, son 80 il ərzində heç bir dövlət və xalq Azərbaycanın əldə etdiyi uğura bənzər Qələbə qazanmayıb. Onun sözlərinə görə, bu nəticə cəmi 44 gün ərzində əldə olunub. Çıxışda Qələbənin tarixi və strateji əhəmiyyəti xüsusi vurğulanıb. Video Prezidentin rəsmi sosial media hesablarında paylaşılıb. Paylaşım qısa müddətdə geniş maraq doğurub. Prezidentin fikirləri Azərbaycanın hərbi uğurlarına verilən qiymət kimi diqqət çəkib.