Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində bizim dostluq, qardaşlıq münasibətləri dayanır və hörmətli Prezident Şavkat Mirziyoyevlə bizim şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıbdır. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur.
#Prezident İlham Əliyev
Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq.
Bayden senator olanda o, Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu. Onun regionla bağlı baxışı bu idi - region parçalanmalı idi, münaqişələr içərisində olmalı idi, qarşıdurma olmalı idi. Əlbəttə ki, belə olan şəraitdə məqsədlərə nail olmaq daha asan olur.
Azərbaycanla Rusiya arasında münasibətlər tam normallaşıb.
Prezident Trampın yanaşması isə fərqli idi, o, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır.
Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək.
Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var.
Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür.
Prezident Tramp və onun komandası Azərbaycanla Ermənistan arasında sülhü mümkün edən bir təməl formalaşdırıblar.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Azərbaycan və Ermənistan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar. Sonra isə Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırdı”. Prezident bildirib ki, Rusiyadan, Qazaxıstandan və digər yerlərdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb. Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, 10 min tondan artıq məhsul artıq daşınıb. Xüsusən də indiki dövrdə bir çox ölkələr yanacaq mənbəyinə çıxışdan əziyyət çəkir və Ermənistan isə Azərbaycan kimi etibarlı mənbəyə əsaslanır. Əgər bu olmasaydı, onlar qazı və dizeli dünyanın digər yerlərindən axtarmalı olmalı idilər. Bütün bunlar onu göstərir ki, düzəliş (907-ci – red.) tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir.
ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.
Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq.