Bu gün bizim qazımız Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir.
#Prezident İlham Əliyev
Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq.
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts Berlində mətbuata açıqlama veriblər. Liderlər Azərbaycan-Almaniya əlaqələrinin yeni mərhələyə keçdiyini bildiriblər. Görüşlərdə enerji, iqtisadiyyat, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Almaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib. İlham Əliyev Azərbaycanın Almaniyaya qaz ixrac etdiyini və gələcəkdə yaşıl enerji əməkdaşlığını genişləndirmək istədiyini bildirib. Tərəflər strateji tərəfdaşlığı gücləndirmək üçün yeni mexanizmlər barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşü keçirilir
Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dirk Lölke fəaliyyətə başlayıb
İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyevin Almaniya Prezidenti Ştanmayerlə hal-hazırda təkbətək görüşü keçirilib.
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəldi.
Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Görüşdə Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Enerji, Orta Dəhliz, nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Kənd təsərrüfatında Almaniya texnologiyalarının tətbiqi məsələsinə toxunulub. “Ağıllı kənd təsərrüfatı” istiqamətində əməkdaşlıq perspektivləri qeyd edilib. Turizm sahəsində də qarşılıqlı imkanlar müzakirə olunub.