#Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq maliyyə və təhlükəsizlik qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə Eqmont Qrupunun illik plenar sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyəti qeyd olunub. Tərəflər maliyyə cinayətləri ilə mübarizə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Azərbaycanın bu sahədə ardıcıl tədbirlər həyata keçirdiyi və mühüm nailiyyətlər əldə etdiyi vurğulanıb. Görüş beynəlxalq maliyyə təhlükəsizliyi mexanizmləri çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş”in təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi.