#Prezident İlham Əliyev

Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla təsdiq edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb. Rəsmi sənəd Prezidentin rəsmi internet səhifəsində dərc olunub. Sərəncama əsasən, ötən il fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat təşkil edib. Büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat olub. Bununla da Dövlət Neft Fondunun 2025-ci il üzrə büdcəsinin icrası rəsmən təsdiqlənib. Sənəddə fondun ötən maliyyə ili üzrə əsas maliyyə göstəriciləri öz əksini tapıb. Qərar fondun illik maliyyə nəticələrinin yekunlaşdırılması baxımından əhəmiyyət daşıyır. Sərəncam artıq qüvvəyə minib.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələ qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Azərbaycanda bir sıra qanunların "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılıb. Prezident İlham Əliyev bununla bağlı Torpaq Məcəlləsinin, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" qanunlarda dəyişiklikləri təsdiqləyib.

Azərbaycan ilə Belarus arasında münasibətlər yüksə səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.