Hindistanın baş naziri Narenda Modi ölkəsinin enerji təhlükəsizliyinə ciddi diqqət yetirdiklərini bildirərək, Hindistanın neft və qaz tədarükünü təmin etmək üçün mövcud olan bütün mənbələrdən yararlanacağını açıqlayıb. Böhran, ABŞ və İsrailin İranla qarşıdurması səbəbindən Hörmüz boğazında gəmi hərəkətində yaranan problemlərdən qaynaqlanıb və bu da Hindistanın benzin, dizel, qaz və gübrə tədarükünü pozub.
#Hindistan
Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri layihəsi üzrə danışıqlarda yeni mərhələyə keçilib. Layihənin Əfqanıstan ərazisindən keçən hissəsi üçün torpaq məsələlərinin həlli istiqamətində razılaşmalar əldə olunub.
Bakı Təşəbbüs Qrupu (BTQ) və Sikh Federasiyası Cenevrə Mətbuat Klubunda Hindistan hökuməti tərəfindən sikh icması və digər etnik qruplara qarşı həyata keçirilən transmilli təqibləri özündə əks etdirən “Indian Transnational Repression” adlı hesabatı təqdim edib. Təqdimat mərasimində Cenevrə Mətbuat Klubunun baş direktoru, o cümlədən beynəlxalq hüquq üzrə mütəxəssislər, insan hüquqları müdafiəçiləri və dünyanın aparıcı media qurumlarından olan BBC və AFP, həmçinin digər media nümayəndələri iştirak edib.
İraqın ərazi sularında iki neft tankerinə endirilən zərbələr nəticəsində ən azı bir heyət üzvü həyatını itirib. İraqın Limanlar üzrə Baş Şirkətinin rəsmisi Fərxan əl-Fartusi bildirib ki, hücumdan sonra aparılan genişmiqyaslı xilasetmə əməliyyatları nəticəsində tankerlərdəki 51 işçi sağ-salamat təxliyə edilib və onların vəziyyəti hazırda qənaətbəxşdir. Hindistanın Bağdaddakı səfirliyi isə həlak olan şəxsin Hindistan vətəndaşı olduğunu təsdiqləyib. Məlumata görə, hücuma məruz qalan gəmilərdən biri ABŞ-a məxsus olan və Marşall adalarının bayrağı altında üzən "Safesea Vishnu" neft tankeridir.
Hindistan hökuməti bölgədəki hərbi-siyasi vəziyyətin kəskinləşməsi və ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirə biləcəyi barədə yayılan xəbərlərdən sonra öz vətəndaşlarına ölkəni tərk etmək barədə çağırış edib. Hindistanın Tehrandakı Səfirliyi sosial media hesabları vasitəsilə paylaşdığı rəsmi bildirişdə İrandakı Hindistan vətəndaşlarına mövcud nəqliyyat vasitələrindən, o cümlədən kommersiya uçuşlarından istifadə edərək dərhal ölkədən çıxmağı tövsiyə edib
Hindistan bu ay ABŞ tərəfindən sanksiyaya məruz qalan və İranla əlaqələndirilən üç neft tankerini saxlayıb. Məlumata əsasən, saxlanılan gəmilər “Stellar Ruby”, “Asphalt Star” və “Al Jafzia” adlanır. Bildirilir ki, həmin tankerlər hüquq-mühafizə orqanlarından yayınmaq üçün tez-tez ad və qeydiyyat dəyişdiriblər. Onların sahiblərinin isə xaricdə yerləşdiyi qeyd olunur.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərlə Herat vilayətində görüş keçirib. Görüşdə Əfqanıstanın mədən və neft naziri Molla Hidayətullah Bədri, energetika və su ehtiyatları naziri Hacı Molla Məhəmməd Yunus Axundzadə, eləcə də hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.
Hindistan günahsız insanların öldürüldüyü bir yer olub. Bunu Böyük Britaniyada yerləşən "Everything"s 13"ün əməliyyatlar üzrə meneceri Ranveer Singh yanvarın 16-da Bakıda "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
2002-ci ildə, Modi Hindistanın Qucarat əyalətinin baş naziri olduğu dövrdə, müsəlmanlara qarşı baş verən iğtişaşlara görə şəxsən məsul tutulmuşdu. Həmin hadisələrdə təxminən 1000 müsəlman öldürülmüş, 150 min nəfər evlərindən didərgin düşmüşdü. Bundan sonra ABŞ və Böyük Britaniya hökumətləri insan haqları ilə bağlı narahatlıqları əsas gətirərək Modiyə səfər qadağası qoydular.
Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçiriləcək.
Almaniya Kansleri Fridrix Merts Hindistana rəsmi səfərə yola düşüb. Səfər yanvarın 13-dək davam edəcək. Əhmədabad şəhərində Kanslerin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə tutulub. Görüş zamanı iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Daha sonra Fridrix Merts Banqalora səfər edəcək və orada həmçinin alman şirkətlərinin nümayəndələri ilə görüşəcək.
2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.