Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Cenevrədə Hindistanın transmilli repressiyalarına dair şok hesabat: Bakı Təşəbbüs Qrupu ifşa edir

    14 Mart 2026 10:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cenevrədə Hindistanın transmilli repressiyalarına dair şok hesabat: Bakı Təşəbbüs Qrupu ifşa edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Bakı Təşəbbüs Qrupu (BTQ) və Sikh Federasiyası Cenevrə Mətbuat Klubunda Hindistan hökuməti tərəfindən sikh icması və digər etnik qruplara qarşı həyata keçirilən transmilli təqibləri özündə əks etdirən “Indian Transnational Repression” adlı hesabatı təqdim edib.

    VOA Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, təqdimat mərasimində Cenevrə Mətbuat Klubunun baş direktoru, o cümlədən beynəlxalq hüquq üzrə mütəxəssislər, insan hüquqları müdafiəçiləri və dünyanın aparıcı media qurumlarından olan BBC və AFP, həmçinin digər media nümayəndələri iştirak edib.

    58 səhifəlik hesabat faktlar əsasında Hindistan hökumətinin xarici ölkələrdə yaşayan sikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi sistemli təzyiq mexanizmlərini təqdim edir. Hesabatda vurğulanır ki, Hindistan hakimiyyəti xaricdəki tənqidi səsləri susdurmaq üçün zorakılıq, izləmə, hədə-qorxu gəlmə, təhdid və digər siyasi təqib vasitələrindən istifadə edir.

    Təqiblərə məruz qalmış sikh nümayəndələri şəxsi təcrübələrini bölüşərək Hindistan hökumətinin uzunmüddətli və məqsədli basqı siyasətini praktiki misallarla izah ediblər. Hazırkı Hindistan hökuməti üçün istənilən fərqli düşüncənin düşmənçilik kimi qəbul edildiyi və cəzalandırılmasına çalışıldığı xüsusi vurğulanıb. Hindistanın bu siyasi xətti qorxu və vahimə yaratmağa hesablanmış təzyiq modelidir.

    Sənəddə yer alan ən sarsıdıcı nümunələrdən biri 18 iyun 2023-cü ildə Kanadada Hardeep Singh Nijjarın qətlə yetirilməsi ilə bağlıdır. Hesabatda bildirilir ki, Nijjar bundan əvvəl Kanada təhlükəsizlik qurumları tərəfindən həyatına real təhlükə olduğu barədə xəbərdar edilmişdi. Qətldən sonra Kanadanın Baş naziri Hindistan hökumətinin bu qətldə rolu olduğunu bəyan edib. Hesabatda həmçinin Hindistan diplomatlarının Kanada və digər ölkələrdə sikh fəallarına qarşı zorakılıq, hədə-qorxu və qorxu atmosferi yaratmaq məqsədi daşıyan fəaliyyətlərinə geniş yer verilir.

    Bundan əlavə hesabatda göstərilir ki, 2023-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi sikh fəalı Gurpatwant Singh Pannunun öldürülməsi planı ilə bağlı ittiham irəli sürüb. Bu plan Hindistanın təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqələndirilən şəxslər vasitəsilə hazırlanıb. Bu xüsusda, sənəddə bu işdə adı keçən vasitəçi Nikhil Guptanın muzdlu qətl və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə özünü təqsirli bildiyi vurğulanır.

    Hesabat Böyük Britaniyada da sikh fəallarına qarşı təzyiqlərin artdığını göstərir. Qeyd edilir ki, Londonda Hindistanın Ali Komissarlığı qarşısında keçirilən etirazlardan sonra Hindistanın Milli İstintaq Agentliyi ilə əlaqələndirilən addımlar intensivləşib. Böyük Britaniyada yaşayan onlarla sikh dissidentinin Hindistandakı evlərində reydlər keçirilib, onların yaxınları istintaqa cəlb olunub. Hesabatda bu addımların xaricdəki fəalları susdurmaq üçün ailələr üzərindən qurulan təzyiq mexanizminin tərkib hissəsi olduğu bildirilir.

    Hindistan hökumətinin sözügedən siyasətinin ən son nümunələrindən biri BTQ-nin bu ilin yanvar ayında sinqhlərin ədalətli mübarizəsinə dəstək məqsədilə təşkil etdiyi “Hindistanda sinqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransdan sonra müşahidə olunub. Belə ki, tədbirin ardınca Kanada Sikh Federasiyasının sədri Bual Moninder Singh və onun ailəsi ölüm təhdidləri alıb.

    Tədbir iştirakçıları Hindistan hökumətinin transmilli repressiya siyasətinin ifşasında və təqiblərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında oynadığı fəal rola görə Bakı Təşəbbüs Qrupuna xüsusi təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, BTQ-nin prinsipial mövqeyi və ardıcıl fəaliyyəti insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı beynəlxalq mübarizəyə mühüm töhfələr verir.

    Maraqlıdır ki, müxtəlif platformalar üzərindən canlı yayımlanan mətbuat konfransı kiber hücumlara məruz qalıb və canlı yayım dəfələrlə kəsilib, tədbir məkanında internet kəsilib.

    Cenevrədə Hindistanın transmilli repressiyalarına dair şok hesabat: Bakı Təşəbbüs Qrupu ifşa edir
    Cenevrədə Hindistanın transmilli repressiyalarına dair şok hesabat: Bakı Təşəbbüs Qrupu ifşa edir
    Cenevrədə Hindistanın transmilli repressiyalarına dair şok hesabat: Bakı Təşəbbüs Qrupu ifşa edir
    Cenevrədə Hindistanın transmilli repressiyalarına dair şok hesabat: Bakı Təşəbbüs Qrupu ifşa edir
    #Hindistan #Bakı Təşəbbüs Qrupu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    31 Avqust 2026 18:23

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    31 Avqust 2026 18:17

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    22 Avqust 2026 22:28

    İranın turizm naziri BRİKS toplantısında iştirak etmək üçün Hindistana səfər edib

    20 Avqust 2026 18:41

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu

    18 Avqust 2026 15:19

    Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?

    5 Avqust 2026 19:11

    Hindistan gəmisi Yəmən sahilləri yaxınlığında hücuma məruz qalıb, bütün ekipaj xilas edilib

    4 Avqust 2026 21:15

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    30 İyul 2026 21:42
    XƏBƏR LENTİ

    Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.