Memoranduma əsasən, tərəflər bir-birini öz ölkəsi ilə bağlı xəbərlərin əsas informasiya mənbəyi kimi qəbul edəcək, saxta xəbərlərlə mübarizədə əməkdaşlıq edəcək və rəsmi səfərlərin, tədbirlərin birgə işıqlandırılmasını həyata keçirəcəklər. Razılaşma həmçinin jurnalistlər arasında qarşılıqlı səfərləri, ixtisasartırma proqramlarını və texniki məlumat mübadiləsini nəzərdə tutur.