#Donald Trampın İsrail–İran atəşkəsini elan etməsi

"Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" barədəki xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib. "Bəzi sosial media hesablarında paylaşılan "Türkiyədə yerləşən bir Amerika hərbi bazasının vurulduğu" yönündəki iddialar həqiqəti əks etdirmir. Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava, quru və dəniz sahəsi ilə hərbi obyektləri tamamilə öz suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı hər hansı bir hücum baş vermədiyi kimi, Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq bir dezinformasiya cəhdidir." - deyə açıqlamada qeyd edilib.

Küveyt ordusu ABŞ-a məxsus bir neçə döyüş təyyarəsinin qəzaya uğradığını, bütün heyət üzvlərinin sağ xilas edildiyini bəyan etdi. Küveytli rəsmilər qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Əməliyyat çərçivəsində təxliyə edilən bütün heyət üzvləri tibbi müayinə üçün xəstəxanaya göndərilib. Yaralıların sağlamlıq vəziyyətinin stabil olduğu bildirilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai Kanadada keçirilən G7 xarici işlər nazirlərinin toplantısının yekun bəyanatında İran əleyhinə yer alan iddiaları əsassız, məsuliyyətsiz və qəbuledilməz adlandırıb. Bəqai bildirib ki, G7 üzv ölkələrinin məsuliyyətsiz mövqeyini təkrarlaması – üç Avropa ölkəsi və ABŞ-ın JCPOA-nın (Nüvə Razılaşması) mübahisələrin həlli mexanizmindən sui-istifadə edərək BMT Təhlükəsizlik Şurasının İranla bağlı daha əvvəl ləğv edilmiş qətnamələrini bərpa etməsi kimi qanunsuz və əsassız addımını dəstəkləmələri – beynəlxalq hüquqa zidd bir hərəkətin təsdiqlənməsi deməkdir.

Etirazçılar paytaxt Kuala-Lumpurda yerləşən Bukit Bintang işgüzar məhəlləsindəki “McDonald’s” restoranı qarşısından yürüşə başlayıblar. Onlar İsrail işğalına dəstək verdiyini düşündükləri şirkətlərin boykot edilməsinə çağırış edərək, daha sonra Petronas əkiz qüllələrinin yerləşdiyi meydana yollanıblar. Sloganlarda ABŞ-ın İsrailə hərbi, maliyyə və siyasi dəstək verməklə “soyqırımın birbaşa himayədarı” olduğu vurğulanıb.

İran İsraillə yeni silahlı toqquşmanın baş verə biləcəyini istisna etmir. Bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib. “Bütün variantlar mümkündür, lakin biz hər bir şəraitə hazırıq. 12 günlük müharibə zamanı sionist rejim (İsrail - red.) və ABŞ öz hədəflərinə çata bilmədi. Əksinə, İran qəhrəmancasına müqavimət göstərdi və eyni zamanda təcavüzə cavab verdi” – deyə, Arakçi qeyd edib.

İranın İsraillə müharibəsi hələ bitməyib. Bu fikirləri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib. “Bu müharibə yalnız atəşkəs xəttində dayandırılıb. Anlamalıyıq ki, müharibə başa çatmayıb. Biz daim hazır olmalı, birliyimizi və həmrəyliyimizi qorumağa məcburuq”, – deyə Laricani bildirib.