#Ayntraxt Frankfurt

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib. Azərbaycan təmsilçisi "Qarabağ" ötən gecə Bakıda "Ayntraxt"ı məğlub edib. Qurban Qurbanovun komandası ölkəmizə 0,500 əmsal qazandırıb.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yeddinci turu çərçivəsində Azərbaycanın futbol üzrə çempionu Qarabağ növbəti oyununa çıxacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasında “Qarabağ”la qarşılaşma ərəfəsində heyətini gücləndirməyə davam edir. Bundesliqa təmsilçisi “Hoffenhaym”ın ikinci komandasında çıxış edən hücumçu Ayub Amaymuni Eşquyabı transfer edib. 21 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb.

UEFA "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Ayntraxt"ı (Frankfurt, Almaniya) cərimələnib. Bu barədə qurumun saytı məlumat yayıb. Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və azarkeşlərinin "Liverpul"la matçda qayda pozuntularına yol verməsi olub.