#Mübariz Yunus

Həyatımdakı döngələrin demək olar ki, hamısı qədərin cilvəsi ilə baş verib. İstiqamətim çox vaxt dərkimdən öncə, əlimdə olmadan dəyişib. Qərarlarım yolun axışında içimə dolub.Önümü görə bilmədiyim yönlərdə adətən asta addımlamışam. Üfüqdə açılmayan pəncərədən boylanmaqdan çəkindiyim qədər, mənəvi böhranların girdabından çıxmaq üçün cəsarət göstərməkdən qorxmamışam.