İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb. AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib. Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.
#Özgür Çelik
Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Vilayət Sədrliyinin binasının, yeni vilayət sədri və rəhbərlik seçilənədək bağlı qalacağı açıqlanıb. Partiya Sarıyer Rayon Seçki Şurasına müraciət edərək, növbədənkənar İstanbul Vilayət Qurultayı keçirilib yeni rəhbərlik formalaşdırılanadək vəzifədən uzaqlaşdırılan vilayət sədri Özgür Çelikin fəaliyyətini davam etdirəcəyi yeni ünvanı İstanbul Valiliyinə və Ali Məhkəməyə təqdim edib.
AzerVoice xəbər verir ki, Türkiye Büyük Millet Meclisi (TBMM) sədri Numan Kurtulmuş Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının siyasi partiyalarla "Terrorsuz Türkiyə" danışıqları Cümhuriyyət Xalq Partiyası (CHP) ilə dünənki görüşü ilə yekunlaşıb.
Türkiyədə müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul sədri Özgür Çelik barəsində saxlanılma qərarı verilib.