BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Mohammed bin Rashid Al Maktoum tərəfindən təsis edilən Mohammed Bin Rashid Al Maktoum Qlobal Su Mükafatının 5-ci dövrü üçün müraciət prosesi elan olunub.
#BƏƏ
OPEC+ ölkələri artan siyasi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, neft hasilatını sabit saxlamaq barədə prinsipial razılığa gəlib. Səkkiz əsas üzv — Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan, Küveyt, İraq, Əlcəzair və Oman dünya neftinin yarısını hasil edir. Qrup 2025-ci ilin aprel–dekabr aylarında hasilatı gündəlik 2,9 milyon barel artırsa da, noyabrda əlavə artımı dayandırmaq qərarına gəlib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə son dövrlər yaşanan hadisələri yaxından izlədiyini bildirir və ölkədəki gərginliyin davam etməsindən ciddi narahatlığını ifadə edib. Rəsmi bəyanatda vurğulanır ki, BƏƏ Yəmən və bölgənin təhlükəsizliyi, sabitliyi və rifahına sadiqliyini qoruyur. Ölkədə mövcud gərginliyin aradan qaldırılması, dialoqun münaqişəyə üstünlük verilməsi və Yəmən xalqı arasında mövcud fikir ayrılıqlarının razılıq və anlaşma yolu ilə həll olunması vacibdir.
2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 83 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 318 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 41 milyon 110 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (67) qeydiyyata alınıb.
Dekabrın 19-da Sudanda və onun xaricində yaşayan Sudan xalqı 2018-ci ilin dekabr inqilabının 7-ci ildönümünü qeyd etdilər. İnqilab pisləşən iqtisadi və siyasi şərtlərə qarşı etiraz kimi başlamış və Sudan xalqının inqilabın məqsədlərinə nail olmaq istiqamətində dayanıqlığını və qətiyyətini təcəssüm etdirmişdir.
Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman Əl Səud Cənub Keçid Şurasından (CKŞ) olan separatçıları Yəmənin şərqindəki Hadramaut və El-Məhra əyalətlərindəki mövqelərini tərk etməyə çağırıb.
ABŞ-ın dövlət katibi Marko Rubio ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan telefon danışığı zamanı Sudanda atəşkəsin təmin olunması məsələsini müzakirə ediblər. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, Rubio və Al Nəhyan Sudandakı mövcud vəziyyəti dəyərləndirərək “humanitar atəşkəsin” vacibliyi barədə fikir mübadiləsi aparıblar. Telefon danışığında həmçinin Yəməndə sabitliyin qorunmasının əhəmiyyəti və husilərlə mübarizə məsələsi də gündəmə gətirilib.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən BƏƏ-yə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 172 milyon 578 min 33 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında BƏƏ-yə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz azalaraq, 10 milyon 956 min 37 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 15 milyard 506 milyon 584 min dollara bərabər olub.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarət birgə heyət təcili missiya ilə Yəmənin müvəqqəti paytaxtı Ədənə gəlib. Heyətin əsas məqsədi Cənub Keçid Şurasının (STC) qüvvələrinin Hədrəməvt və Əl-Məhra vilayətlərindən çıxarılması və onların Səudiyyə rəhbərliyindəki Ərəb Koalisiyasının birbaşa nəzarəti altında əvvəlki təhlükəsizlik qüvvələrinin tabeliyinə qaytarılması üçün icra mexanizmlərinin hazırlanmasıdır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanaın göstərişi ilə BMT-nin Qlobal Humanitar Məlumat Hesabatı (GHO) üçün 550 milyon ABŞ dolları məbləğində irimiqyaslı vəd açıqlayıb. Təşəbbüs 2026-cı ildə təxminən 135 milyon insana yardım göstərilməsi üçün 23 humanitar əməliyyatı əhatə edən 33 milyard ABŞ dolları toplamağı hədəfləyir.
Avropa İttifaqı (Aİ), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Strateji Tərəfdaşlıq Müqaviləsi üzrə danışıqlara başladığını açıqlayıb. BƏƏ-də rəsmi səfərdə olan Aİ Komissiyasının Aralıq dənizi üzrə üzvü Dubravka Suica bu barədə ABŞ mərkəzli sosial media platformasında paylaşım edib. “Bugün Aİ-BƏƏ münasibətlərində mühüm bir dönüş nöqtəsini qeyd edirik. Strateji Tərəfdaşlıq Müqaviləsi üçün danışıqlara başlamaqdan və bunu BƏƏ Siyasi İşlər üzrə Nazir Müavini Lana Nuseybe ilə açıqlamaqdan böyük şərəf duyuruq.” - deyə Suica qeyd edib.
Dekabrın 8-də Bakı Konqres Mərkəzində rəsmi açılışı keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” panel müzakirələrlə işini davam etdirib. "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusuna həsr olunan növbəti panel Mədəniyyət Nazirliyi Xarici əlaqələr sektorunun müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə gerçəkləşib.