#BƏƏ

Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə, qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Zhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyən edilərək Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbs qətimkan tədbiri seçilib.