Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan və BƏƏ arasında ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb

    4 İyul 2025 11:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və BƏƏ arasında ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb.

    AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı, Azərbaycan-BƏƏ dövlət başçıları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizin inkişafı üçün möhkəm təməl yaratdığı bildirilib, strateji tərəfdaşlığımızın daha da inkişaf etdirilməsində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin rolundan bəhs olunub.

    İqtisadi, ticarət, investisiyalar, energetika və humanitar sahələrdə əməkdaşlıq, habelə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi beynəlxalq təşkilat və platformalar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərdən məmnunluq ifadə olunub.

    Alternativ enerji sahəsindəki uğurlu müştərək layihələrdən bəhs olunub və bu sahədə əldə edilən nəticələr yüksək qiymətləndirilib.

    Nazir Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı və bu proseslərə ciddi təhdid törədən mina təhlükəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

    BƏƏ-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar mina təmizləmə və bərpa işlərində göstərdiyi dəstək yüksək qiymətləndirilib.

    Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

    #Azərbaycan #BƏƏ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    8 İyun 2026 17:47

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    8 İyun 2026 16:04

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    8 İyun 2026 11:56

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    8 İyun 2026 10:54

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    6 İyun 2026 19:30

    Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün iş aparılır - XİN

    6 İyun 2026 16:35

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    6 İyun 2026 14:37

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    6 İyun 2026 14:21

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    6 İyun 2026 10:51
    XƏBƏR LENTİ

    İsrailin zərbələrindən sonra Tehran əyalətində itki barədə məlumat yoxdur

    Tramp İsrail və İranı dərhal atəşi dayandırmağa çağırdı

    Enerji bazarlarında daha böyük qiymət artımı gözlənilir?

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    Sorğu: Amerikalıların əksəriyyəti artıq ABŞ-ı “dünyanın ən üstün ölkəsi” hesab etmir

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    2026 FIFA Dünya Çempionatı dünya iqtisadiyyatına nə qədər qazandıracaq?

    Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.