İordaniyaya 2026-cı ilin əvvəlindən iyul ayının sonunadək gələn birgünlük ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 755 min nəfərə çatıb. Cari ilin ilk yeddi ayında ölkəyə uzunmüddətli gələn turistlərin sayı isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalaraq 3,213 milyon nəfər təşkil edib.
#Petra şəhəri
Yaxın Şərqdə davam edən hərbi gərginlik İordaniyanın turizm sektoruna ciddi zərbə vurub. Petra şəhərinə gələn xarici turistlərin sayı mart-aprel aylarında kəskin azalaraq 28-30 min nəfərə düşüb. Turizm sektorundakı geriləmənin ölkə iqtisadiyyatına əlavə təzyiq yaratdığı bildirilir.
Onların bu bölgədə şəhər salmağa qərar vermələrinin səbəbi əsrlər boyu alimləri və tarixçiləri çaşdıran mövzu olmuşdur.