Yaponiya Baş naziri İşiba Şigeru, İsrailin iki dövlətli həll prosesini əngəlləyən addımlarını davam etdirməsi halında ölkəsinin Fələstin dövlətini tanıya biləcəyini bəyan edib. İşiba, BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı İsrailin Qəzzadakı hücumlarını “qətiyyən qəbuledilməz” adlandıraraq onların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
#Sigeru İsiba
Yaponiyanın Baş naziri Siqeru İsiba istefa vermək niyyətindədir. İsiba bu qərarı rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyada parçalanmanın qarşısını almaq üçün verib. Qeyd edək ki, bazar ertəsi partiyanın bütün deputatları və regional təşkilatların nümayəndələri arasında partiya sədri seçkilərinin vaxtından əvvəl keçirilməsi məsələsi ilə bağlı sorğunun nəticələri açıqlanmalı idi. İyul ayında keçirilən parlament seçkilərində uğursuzluqdan sonra partiya daxilində bir çoxları İsibanın istefasını tələb edirdi.
Yaponiyanın baş naziri Sigeru İsiba, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə Tokio hökumətinin dəstək verib-vermədiyi barədə jurnalistlərin sualından yayınıb.