İsrail hökuməti “Qüds Qvardiyası”nın yüksək rütbəli komandirlərindən birini Avropa və Avstraliyada planlaşdırılan, lakin qarşısı alınmış hücumların təşkilatçısı kimi müəyyən etdiyini açıqlayıb. Baş nazir Benyamin Netanyahunun ofisi və İsrailin xarici kəşfiyyat xidməti “Mossad” tərəfindən yayılan birgə bəyanatda bildirilir ki, müəyyən edilən şəxs İranın yüksək səviyyəli nümayəndəsidir.
#MOSSAD-ın Türkiyədə fəaliyyəti
Hakimiyyət orqanları məhkumun kimliyini, həbs tarixi və konkret ittiham detallarını açıqlamayıb. Lakin “AFP” agentliyinin bildirdiyinə görə, o, “müharibə aparmaq” və “yer üzündə fəsad törətmək” ittihamları ilə təqsirli bilinib. Bu iki maddə İran qanunvericiliyində ən ağır cinayətlər hesab olunur və ölüm cəzası ilə nəticələnir. Son aylarda İran hökuməti “Mossad üçün işləməkdə” ittiham olunan bir sıra şəxslərin həbsi və edamını elan edib. Ötən çərşənbə günü isə İsrail və ABŞ lehinə casusluqda ittiham edilən şəxslər üçün cəzaları sərtləşdirən yeni qanun qüvvəyə minib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Cumhuriyyət Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail gizli xidməti MOSSAD üçün çalışdığı müəyyən edilən Serkan Çiçək saxlanılıb. Serkan Çiçəyin İsrailin Onlayn Əməliyyat Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqədə olduğu aşkar edilib.
İrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin fəaliyyətini 2015–2016-cı illərdə müvəqqəti olaraq iflic edən kiberhücumun arxasında dayandığı iddia edilən fələstinli proqramçı Omar Z.M.A.-nın İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən oğurlanmasına dair aparılan istintaq tamamlanıb.