Mançester Yunaytedin baş məşqçisi Maykl Karrik Portuqaliyalı kapitan Bruno Fernandesin klubda qalacağına tam əminliyini ifadə edib. Fernandes son gündə Braytona qarşı 3-0 qələbədə həm qol vurub, həm də assistlə komandasını Premyer Liqada üçüncü pilləyə və Çempionlar Liqasına qayıtmasına yönəldib.
#Bruno Fernandes
Mançester Yunayted klub rəhbərliyi kapitan Bruno Fernandeşin yay transfer pəncərəsində “heç bir halda satılmayacağını” bəyan edib. Qeyd edək ki, mövsümün əvvəlində Fernandeşin təxminən 80 milyon funt sterlinq qarşılığında Səudiyyə Ərəbistanına transferi ilə bağlı iddialar yayılmışdı. Lakin sonradan klub daxilində mövqe dəyişib və rəhbərlik oyunçunu saxlamaq qərarına gəlib.
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib. Bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.
"Mançester Yunayted" klubdaxili danışıqlardan sonra “Çelsi”nin futbolçusu Koul Palmerə təklif göndərməyi qərar verib. “Qırmızı şeytanlar” klubdakı gələcəyi qeyri-müəyyən olan 31 yaşlı yarımmüdafiəçi Bruno Fernandesin gedişini nəzərə alaraq, onu Palmerlə əvəzləyəcək.
Mançester Yunaytedin azlıq səhmdarı Sir Cim Ratklif klubun zəif nəticələri fonunda baş məşqçi Ruben Amorimlə təcili görüş keçirib. Ratklif cümə axşamı helikopterlə Karrinqton bazasına gələrək Amorim və klub rəhbərliyinin digər nümayəndələri ilə danışıqlar aparıb.