#Uqanda

Keniyanın mərkəzi hissəsində yerləşən hərbi bazada ABŞ vətəndaşları üçün nəzərdə tutulan Ebola karantin mərkəzinin tikintisi ölkədə geniş etirazlara səbəb olub. Layihəyə qarşı çıxan yüzlərlə insan son günlərdə Nanyuki şəhərində küçələrə çıxaraq planlaşdırılan obyektin qarşısında aksiyalar keçirib.

Uqandanın müdafiə qüvvələrinin komandanı Muhoozi Kaineruqaba Türkiyə ilə bağlı qalmaqallı açıqlamalarından sonra geri addım atıb. Kaineruqaba Türkiyə ilə diplomatik münasibətlərin kəsilə biləcəyini və aviareyslərin məhdudlaşdırılacağını bildirmişdi. Onun bu açıqlamaları sosial mediada ciddi narazılıqla qarşılanıb.

​14 yanvarda Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. ​Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib.

Uqandada baş verən ağır yol qəzası nəticəsində ən azı 63 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb. Uqanda Polis Xidmətinin məlumatına görə, qəza bu gün yerli vaxtla saat 00:15 radələrində Kampala–Qulu magistral yolunda baş verib. İki sərnişin avtobusu iki başqa avtomobili ötməyə çalışarkən bir-biri ilə toqquşub, nəticədə yolda zəncirvari qəza yaranıb. Rəsmilərin bildirdiyinə görə, toqquşan nəqliyyat vasitələrindəki sərnişinlərin əksəriyyəti hadisə yerindəcə dünyasını dəyişib. Bütün avtobus sərnişinlərinin həyatını itirdiyi ehtimal olunur.

Bakıda Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans keçirilir. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində baş tutur. Konfransda Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak edirlər.