UEFA Avropa Liqasının 6-cı həftəsində Fənərbaxça Norveç klubu Brann ilə səfərdə qarşılaşacaq. Bergen şəhərində yerləşən Brann Stadionunda keçiriləcək görüş 00:00-da start götürəcək. Matçı Fransa Futbol Federasiyasından olan hakim Villi Delajod idarə edəcək, ona Ervan Finjean və Valentin Evrar kömək edəcəklər. UEFA Avropa Liqasında keçirdiyi 5 qarşılaşmada 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət yaşayan Fənərbaxça 8 xal toplayaraq 20-ci sırada qərarlaşıb. Qazandığı 2 oyunu evdə keçirən Fənərbaxça səfərdəki 2 matçda isə Dinamo Zaqrebə 3–1 uduzub, Viktoriya Plzenlə 0–0 heç-heçə edib.